Ölkə

ETSN və DİN Hövsan qəsəbəsində reyd keçirib

Üç iaşə obyekti cərimələnib.

· Xəbərçi
ETSN və DİN Hövsan qəsəbəsində reyd keçirib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Suraxanı rayonu Hövsan qəsəbəsi Xəzər sahili ərazidə bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. ETSN-nin mətbuat xidmətinin məlumatına görə, Suraxanı rayonu Hövsan qəsəbəsi dənizkənarı ərazidə fəaliyyət göstərən “Sevil-O” İstehsalat Kommersiya Firmasına məxsus “Tropikanka” iaşə obyetində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə firma hüquqi şəxs qismində inzibati qaydada 7000 manat məbləğində cərimə olunub.

Suraxanı rayonu Hövsan qəsəbəsində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə Xəzər sahili ərazidə fəaliyyət göstərən “Delfin” iaşə obyetinin iş icraçısı R.Qurbanov və “Elnur” iaşə obyetinin iş icraçısı D.Quliyeva hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunublar. ANSPRESS

Şərhlər