Əsirlikdə olan hərbçi vətənə qayıtmaq isdəyir
24 Noyabr 2010 Çərşənbə 11:50
. Erməni əsirliyində olan Azərbaycan Ordusunun çavuşu Roman Hüseynov ailəsinə məktub göndərib.
Bu barədə APA-ya əsirin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin nümayəndələri R. Hüseynovun məktubunu ötən gün onlara çatdırıb. R. Hüseynov məktubda ailə üzvlərinə salam göndərib, hər şeyin qaydasında olduğunu qeyd edib.

BQXK-nin nümayəndələri əsirin ailəsinə bildirib ki, R. Hüseynov ölkəsinə geri qayıtmaq arzusundadır.

Qeyd edək ki, BQXK-nın Ermənistan nümayəndəliyinin əməkdaşları noyabrın 18-də erməni əsirliyində olan iki Azərbaycan hərbçisinə baş çəkiblər. Beynəlxalq qurumun nümayəndələri həmin şəxslərin saxlanma şəraiti və fiziki durumu ilə maraqlanıblar.

Xatırladaq ki, erməni əsirliyində olan Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov bu il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar