Məhbus həbsxanada vəfat edib
23 Noyabr 2010 Çərşənbə Axşamı 17:10
Saakaşvilinin əfv etdiyi məhbus həbsxanada vəfat edib
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə cəzaların icrası və hüquqi yardım məsələləri üzrə nazir Xatuna Kalmaxelidzenin sözlərinə görə, azad olunan məhbuslar arasında 12 qadın və 1 nəfər həddi-buluğa çatmayan var: “220 nəfərdən 182 nəfər məhbus bütünlüklə əfv olunub. 32 nəfərin cəsası yarıya endirilib, 3 nəfərin cəza müddəti isə aşağı endirilib. Eyni zamanada bildirim ki, 3 nəfərin şərti azadlıq cəzası ləğv edilib. Məhbusların azad olunmasına Prezident Administrasiyasından xüsusi sənəd alınan zaman başlanılacaq”.

Onun sözlərinə görə, günün axırına kimi məhbusların azad olunmasını tezləşdirmək üçün bütün imkanlardan istifadə olunacaq. Gürcüstan prezidentinin yanında Əfv Komissiyasının sədri Yelena Tevdoradze APA-ya açıqlamasında bildirib ki, saat 15.00-dan əfv olunan məhbusların azad edilməsinə başlanılıb: “Amma qeyd edim ki, məndə hələlik əfv olunan məhbusların siyahısı yoxdur. Yalnız onu deyə bilərəm ki, biz prezidentə təqdim etdiyimiz siyahıda azərbaycanlıların adı da var. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, təqdim etdiyimiz siyahıda adı olan azərbaycanlı məhbuslardan biri, Əliyev soyadlı məhbus qəflətən vəfat edib.”


DOSTLARINLA PAYLAŞ:

oyunlar