Ölkə

Ermənilər mövqelərimizi atəşə tutublar

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub

· Xəbərçi
Ermənilər mövqelərimizi atəşə tutublar
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-də saat 17.20-dən 17.30-dək Ermənistanın Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, fevralın 15-də saat 02.45-dən 02.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Şərhlər