Ermənilər mövqelərimizi atəşə tutublar
03 Fevral 2011 Cümə Axşamı 11:20
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 2-də saat 12.20-dən 12.25-dək, 22.55-dən 23.00-dək Ermənistanın İcevan rayonunun Azatamut və Noyenberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimizi, saat 08.05-dən 08.09-dək Ağdam rayonunun işğal altındakı Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar