Ölkə

Ermənilər mövqelərimizi 3 istiqamətdə atəşə tutublar

Bütün hallarda düşmən cavab atəşilə susdurulub

· Xəbərçi
Ermənilər mövqelərimizi 3 istiqamətdə atəşə tutublar
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-də bir necə istiqamətdə atəşkəsi pozub. Erməni ordusu saat 23.00-dan 23.20-dək Ermənistanın İcevan rayonunun Ayqovit və Vozaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 08.15-dən 09.00-dək Tərtər rayonunun Qızıloba və Çiləbürt kəndləri, saat 17.05-dən 17.15-dək, 19.00-dan 19.05-dək və 22.50-dən 22.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli, Alıxanlı və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub,itki yoxdur.

Şərhlər