Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 6-da atəşkəs rejimini yenidən pozublar. Erməni ordusu ötən gün saat 20.00-dan 20.35-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndi, saat 09.15-dən 09.25-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 20.00-dan 20.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Ermənilər atəşkəsi yenidən pozublar
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri 3 istiqamətdə atəşə tutulub




Şərhlər