Ölkə

Elmar Məmmədyarov Afinaya hazırlaşır

Xarici işlər nazirinin səfəri fevralın 24-25-ə planlaşdırılıb

· Xəbərçi
Elmar Məmmədyarov Afinaya hazırlaşır
Xarici işlər naziri Elmar Məmmədyarovun fevralın 24-25-də Yunanıstana səfəri gözlənilir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda səfərlə bağlı hazırlıq işləri görülür.

Qeyd edək ki, səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov yunanıstanlı həmkarı Dimitris Drautsas və digər rəsmi şəxslərlə görüşəcək.


Şərhlər