Elman Rüstəmovdan banklara çağırış
01 Dekabr 2010 Çərşənbə 15:40
"Bankları könüllü birləşməyə çağırıram"
"Zəif banklar, fəaliyyət göstərə bilməyən və bütövlükdə bank sisteminə və bank sferasının etibarına problem yarada biləcək banklar bu sistemdən uzaqlaşdırmalıdır". Bunu bu gün lisenziyası ləğv edilən 2 bankın bağlanılmasını şərh edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu cür hallar bütün dünyada müşahidə edilir: “Bu proses həm ABŞ-da, həm də qonşu Rusiyada gedir. Bütün ölkələrdə zəif banklar sistemdən uzaqlaşdırılır”.

O, bankları konsolidasiyaya dəvət edərək, fəaliyyətlərini düzgün qurmaqdan ötrü və daha geniş biznesə malik olmaq üçün onları birləşməyə çağırıb: “Hesab edirəm ki, yerli banklar özləri könüllü birləşməlidirlər və konsolidasiya olmalıdırlar”.

Qeyd edək ki, bu gündən etibarən Azərbaycanda iki bankın lisenziyası ləğv edilib. Mərkəzi bankın idarə heyətinin qərarı ilə “Debütbank” və “Kövsərbank”ın lisenziyaları dayandırılıb. Buna səbəb həmin təşkilatların minimum kapital tələbinə əməl etməməsi, bank qanunvericiliyinin tələblərini pozması, eləcə də Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etməməsi olub. Hər iki təşkilata müvəqqəti inzibatçılar təyin edilib.

Yeri gəlmişkən, “Debüt Bank” iki il əvvəl bağlanıb, indi yox. Burada sensasiyalı heç nə yoxdur” Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Debüt Bank”ın sahibi Fərhad Qəribov bildirib. Onun sözlərinə görə, bank iki il əvvəl fəaliyyətini dayandırıb, bunun da məntiqi nəticəsi olaraq, lisenziya ləğv olunmalı idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar