Qobustanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 16 mənzilli binanın tikintisi başa çatdırılır. Bina rayonda əlillərin və şəhid ailələrinin mənzil ehtiyaclarının ödənilməsində mühüm əhəmiyyət daşıyacaq.
Ümumiyyətlə isə rayonda bu kateqoriyadan olan insanların sosial ehtiyaclarının ödənilməsi istiqamətində dövlət qayğısı ildən-ilə genişlənir.
Rayon icra hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, son illərdə Qobustanda 7 Qarabağ müharibəsi əlili və 1 şəhid ailəsi mənzillə, 4 Qarabağ müharibəsi əlili isə fərdi evlə təmin edilib.
Əlillər və şəhid ailələri üçün yaşayış bınası tikilir
Qobustanda 7 Qarabağ müharibəsi əlili və 1 şəhid ailəsi mənzillə, 4 Qarabağ müharibəsi əlili isə fərdi evlə təmin edilib




Şərhlər