Eldar Əzizov: "Sumqayıt qısa zamanda Bakıya çatmalıdır"
04 Mart 2011 Cümə 15:06
Milli Məclisin deputatı Fazil Mustafa belə hesab edir.
Moskva Rusiya tərəfindən Qəbələdə RLS-in müasirləşdirilməsinin mahiyyətini Azərbaycana izah etməlidir. Milli Məclisin deputatı Fazil Mustafa belə hesab edir.
"Rusiyanın Azərbaycanın ərazisindəki hərbi bazasının müasirləşdirməsi müzakirə səbəbi ola bilər. Bu barədə nə səbəbdən daha əvvəl bildirilmədiyi sualı ortaya çıxır", - deyə deputat parlamentin cümə günü plenar iclasında çıxış edərək bildirib.
Deputatın sözlərinə görə, Qəbələ RLS Azərbaycan tərəfindən Rusiya tərəfinə icarəyə verilib və buna görə Bakının baş verənlərlə maraqlanma hüququ var. F.Mustafa vurğulayıb ki, müasirləşdirmə anlayışı altında Rusiyanın bu stansiyada hərbi iştirakı nəzərdə tutula bilər və buna görə Azərbaycan bu məsələyə diqqətlə yanaşmalıdır.
"Bəlkə, müasirləşdirmə haqqında danışdıqda Qəbələ RLS-in əlavə kontingentlə və ya Azərbaycanın hərbi sahəsinə nəzarət mexanizmləri ilə təminatı nəzərdə tutulur? Bu bizim üçün yolverilməzdir”, - deyə deputat bildirib.
F.Mustafa hesab edir ki, "Bir əsgərin əllərində “Kalaşnikov" avtomatı ilə binada olması, Azərbaycanın təhlükəsizliyi üçün işğal edilmiş ərazilərin mövcudluğundan daha böyük təhlükə kəsb edir".
Öz növbəsində, hakim "Yeni Azərbaycan" partiyasından deputat Siyavuş Novruzov qeyd edib ki, Qəbələ RLS hərbi obyekt deyil, "yalnız informasiya mərkəzidir".
Rusiyanın Müdafiə Nazirliyinin Qəbələ RLS-i müasirləşdirməyə başlaması haqqında “Vesti” telekanalının stansiyaya səfəri zamanı çəkilən və bu həftə göstərilən reportajında bildirilib.
"Obyekti iki il ərzində müasirləşdirmək olar. Layihə artıq var. Amma detallar məxfidir. Zabitlərin gizlətmədiyi tək bir şey odur ki, yenilənmiş RLS uzağı 1,5 dəfə çox görə biləcək, yəni kəşfiyyat apara və hədəfləri demək olar ki, ekvator arxasında tuta biləcək", - deyə reportajda deyilib. Reportajda həmçinin bildirilib ki, bu yaxınlarda RLS-də texniki ehtiyatların uzadılması işləri keçirilib. "Müəyyən şəraitlərdə və cüzi xərclərlə biz daha 10, 15, hətta 20 il indiki kimi eyni rejimdə işləməyə hazırıq” , - deyə ARTQ komandiri Viktor Timoşenko bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: