Əfv fərmanı gözlənilmir
10 Mart 2011 Cümə Axşamı 22:36
Azay Quliyev: "Bu, prezidentin müstəsna səlahiyyətinə aid məsələsidir"
Novruz bayramı münasibətilə bir qrup məhkumun əfv olunması ilə bağlı Əfv Komissiyasının toplantısı hələ keçirilməyib. Prezident yanında Əfv Komissiyasının üzvü, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, Novruz bayramı münasibətilə bir qrup məhkumun əfv olunması haqqında prezidentin sərəncam imzalayacağına dair hələlik rəsmi qərar yoxdur.

“Əfvlə bağlı mətbuatda müəyyən fikirlər bildirilir. Hələ ki, bu barədə konkret fikir və rəsmi qərar da yoxdur. Əfv Komissiyasının toplantısı da olmayıb. Qərarın olacağını isə deyə bilmərəm. Bu, prezidentin müstəsna səlahiyyətinə aid məsələsidir. Bu günə olan məlumata görə, deyə bilərəm ki, hələlik əfv gözlənilmir”, - deyə o vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar