Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün bir günlük işgüzar səfərlə Türkmənistana yola düşüb. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, səfərdə məqsəd Aşqabad şəhərində keçirilən və Türkmənistanın bitərəfliyinin 15 illiyinə həsr olunmuş “Türkmənistanın daimi bitərəfliyi – sülh, inkişaf və təhlükəsizlik naminə əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirakdır.
Tədbirdə bir sıra beynəlxalq təşkilat rəhbərləri və xarici qonaqların qatılması gözlənilir. Səfər çərçivəsində nazir E.Məmmədyarovu Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedov qəbul edib. Görüş zamanı tərəflər iki ölkə arasında olan münasibətlərə aid və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov Türkmənistan prezidenti ilə görüşüb
Xarici işlər naziri bu gün sözügedən ölkəyə səfər edib




Şərhlər