E.Məmmədyarov amerikalı həmsədrlə görüşüb
27 Noyabr 2010 Şənbə 15:30
Görüşdə Dağlıq Qarabağ problemi müzakirə edilib
Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ problemi müzakirə edilib.

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və Bernar Fasye (Fransa) noyabrın 25-də Bakıda prezident İlham Əliyevlə, daha sonra noyabrın 26-da İrəvanda prezident Serj Sarkisyanla görüşüblər. Dünən axşam amerikalı və rusiyalı həmsədrlər yenidən Bakıya dönüblər.

Səfərin təfsilatı barədə məlumat verilmir, amma böyük ehtimalla güman etmək olar ki, söhbət Astana sammitində müzakirə və qəbul edilməsi nəzərdə tutulan sənədin razılaşdırılmasından gedir.

Göründüyü kimi, sənədin tezisləri həmsədrlərin Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü zamanı Rusiya tərəfindən təklif olunub. Lakin razılaşmaların detalları açıqlanmır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar