DYP sürücülərə xəbərdarlıq etdi
01 Fevral 2011 Çərşənbə Axşamı 15:45
Xəbərdarlıq hava şəraiti ilə bağlıdır
Respublika Dövlət Yol Polisi İdarəsi havaların yağışlı-qarlı kecməsi ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. İdarənin Hərəkətin Təhlükəsizliyi və İctimai Qurumlarla Əlaqələr şöbəsinin müdiri Kamran Əliyev ANS-ə açıqlamasında bildirib ki, sürücülər havaların yağmurlu keçdiyi dövrlərdə son dərəcə diqqətli olmalıdırlar.

"Sürücülərə məsləhətim budur ki, belə havada nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq müəyyən edilmiş sürət həddindən artıq sürətlə hərəkət etməsinlər. Çünki sürətin hava və yol şəraitinə uyğun seçilməməsi son nəticədə nol-nəqliyyatı hadisəsinə səbəb olur. Eyni zamanda piyadalar da belə havalarda diqqətli və ehtiyatlı olmalıdırlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar