Ölkə

DYP rəisi sürücülərin suallarını cavablandırıb

Bu cür aksiyaların davamlı olacağı bildirilir

· Xəbərçi
DYP rəisi sürücülərin suallarını cavablandırıb
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bu gün saat 16:00-dan 18:00-dək telefon vasitəsi ilə vətəndaşlardan daxil olan sualları cavablandırıb. Bu barədə ANS PRESS-ə Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib. Məlumata görə, DYP rəisi iki saat ərzində vətəndaşların çoxsaylı suallarını cavablandırıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu cür aksiyaların davam edəcəyini və elan olunan vaxtlarda sürücü eləcə də, piyadaların sualına şəxsən Ramiz Zeynalov tərəfindən cavab veriləcəyini bəyan edib.

Şərhlər