DSMF paytaxt rayon şöbələrindən birinin 11 əməkdaşını işdən çıxarıb
18 Yanvar 2011 Çərşənbə Axşamı 16:15
Fondun Suraxanı şöbəsinin pensiyaların ödənişi və uçotu sahəsindəki fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Suraxanı rayon şöbəsində vəsaitlərin təyinatından kənarlaşdırmaqla mənimsənilməsinə yol vermə faktı aşkar edib. Bu barədə fondun məlumatında bildirilir.

“Dövlət Sosial Müdafiə Fondunun daxili audit şöbəsinin apardığı audit araşdırması nəticəsində Bakıda fondun Suraxanı şöbəsinin pensiyaların ödənişi və uçotu sahəsindəki fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb”, - deyə xəbərdə vurğulanır.

Xüsusən, audit şöbə işçiləri tərəfindən vəsaitlərin təyinatından kənarlaşdırmaqla mənimsənilməsi faktını üzə çıxarıb.

Aşkar edilmiş faktlara əsasən fond şöbəsinin 11 əməkdaşı vəzifələrindən azad edilib.

Bundan başqa, DSMF kollegiyası araşdırma materiallarının Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunması barədə qərar qəbul edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar