DSMF-də fərdi uçota alınan əcnəbilərin sayı 28 faiz artıb
24 Yanvar 2011 Bazar Ertəsi 11:25
Onların arsaında Тürkiyə vətəndaşları çoxluq təşkil edir.
Ötən il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 28 faiz artıb. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, 2010-cu ildə əlavə olaraq 2228 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Bu ilin 1 yanvar tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 10 195 nəfər təşkil edir.
DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilər, ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edir. Onların arsaında Тürkiyə vətəndaşları (5911 nəfər) çoxluq təşkil edir.
Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1358 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə 588 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (337 nəfər), Hindistan (250), Çin Xalq Respublikası (145), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (106), Ukrayna (87), Pakistan İslam Respublikası (84), Malayziya (80), Almaniya (77), Özbəkistan (73), Qazaxıstan (67), Türkmənistan (55), ABŞ (55) və s. ölkələr gəlir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: