Ölkə

Dövlət Yol Polisinə helikopter alınıb

Ötən il Daxili İşlər Nazirliyinə 264,2 milyon manat vəsait ayrılıb

· Xəbərçi
Dövlət Yol Polisinə helikopter alınıb
Baş Dövlət Yol Polisi İdarəsinə yeni helikopter alınıb. Bu barədə Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi 2010-cu il üzrə hesabatına bildirilir.

Məlumatda qeyd olunub ki, ötən il dövlət büdcəsindən Daxili İşlər Nazirliyinə 264 milyon 296 min 745 manat vəsait ayrılıb. Ayrılmış vəsait təsdiq edilmiş smetaya uyğun təyinatı üzrə xərclənib. Daxili işlər orqanlarına xidməti istifadə üçün 192, o cümlədən 90 “Fiat Doblo”, 55 “Fiat Linea”, 19 “Hyundai Sonata”, 10 “Hyundai Tucson” və s. avtomobillər, habelə Dövlət Yol Polisinə 1 ədəd helikopter alınıb.

Şərhlər