Bakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr və struktur dəyişikliyi olub.
Bu barədə
APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəzdində yeni alay yaradılıb. Bakı şəhəri üzrə rayon Dövlət Yol Polisi İdarələrinin bir çox əməkdaşları həmin alayın tərkibinə daxil edilib. Yeni alayda 400-dən artıq əməkdaş fəaliyyət göstərəcək. Bununla da Bakı şəhəri üzrə rayon Dövlət Yol Polisi İdarələri əməkdaşlarının say tərkibi xeyli azalıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsində baş vermiş kadr dəyişikliyinə əsasən idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis kapitanı Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilib. Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə o, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin xüsusi müşayiət bölüyünün komandiri vəzifəsinə təyin olunub.
Ramil Usubovun başqa bir əmri ilə isə Xətai rayon Dövlət Yol Polisi İdarəsinin inspektoru Vaqif Əsədov Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.