Ölkə

Dövlət Statistika Komitəsindən 3 nəfər işdən qovulub

Komitə 23 işçisi haqqında müxtəlif intizam tədbirləri görülüb

· Xəbərçi
Dövlət Statistika Komitəsindən 3 nəfər işdən qovulub
Ötən ilin hesabat və icraçılıq intizamı sahəsində yol verdikləri nöqsanlara görə (hesabatları səhvlərlə, yaxud gecikmələrlə təqdim etdiklərinə görə) yerli statistika orqanlarının 23 işçisi haqqında müxtəlif intizam tədbirləri görülüb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, onlardan 15 işçiyə töhmət verilib, 5 nəfər rəhbər işçinin əmək haqqı müxtəlif müddətlərə 30 faiz azaldılıb, 3 nəfərin fəaliyyəti kollegiyada geniş müzakirə edilib və işlərində yol verdikləri nöqsanlara görə vəzifələrindən azad olunublar.

Hesabatların təqdim olunmasında və icraçılıq intizamı sahəsində nöqsanlara yol verən işçilər haqqında intizam tədbirlərinin həyata keçirilməsi gələcəkdə də davam etdiriləcək.

Şərhlər