Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda maaşlar artdı
13 Oktyabr 2010 Çərşənbə 23:02
Prezident müvafiq sərəncama imza atıb.
Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin Aparatı, Elmi İnnovasiyalar Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi Qrupu, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyində çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının dövlət qulluqçusu olmayan işçilərin (Vahid Tarif Cədvəli əsasında əmək haqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 10% artırılmasını təmin etmək tapşırılıb. Sərəncam 2010-cu il oktyabrın 1-dən qüvvəyə minir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar