Ölkə

Dövlət Bayrağı Meydanında tikinti işləri tamamlanacaq

Prezidentin Ehtiyat Fondundan 10 milyon manat vəsait ayrılıb.

· Xəbərçi
Dövlət Bayrağı Meydanında tikinti işləri tamamlanacaq
Prezident İlham Əliyev Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanında başa çatdırılan tikinti-quraşdırma və abadlaşdırma işlərinin tamamlanması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanında başa çatdırılan tikinti-quraşdırma və abadlaşdırma işlərinin tamamlanması üçün Prezidentin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə isə bu vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb. ANSPRESS

Şərhlər