Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Yaponiyanın Doşişa Universitetinin professoru Hisae Nakanishini qəbul edib. Görüşdə ölkələrarası, parlamenlərarası əlaqələrə və təhsil sahəsində əməkdaşlığa toxunan rektor ADU haqda qonağa məlumat verib.
Xanım Hisae Nakanishi Dillər Universitetində olmasından fərəh hissi keçirdiyini deyib və bu ali təhsil ocağı ilə Doşişa Universiteti arasında mümkün unversitetlərarası əlaqələrə toxunaraq qarşılıqlı əməkdaşlıq imkanlarından danışıb. O, bu əlaqələrin vacibliyini vurğulayıb.
Görüşdə hər iki universitet arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Bundan sonra H.Nakanishi Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi ilə də tanış oldu.
Doşişa Universitetinin professoru ADU-da olub
Hisae Nakanishi Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidovla görüşüb




Şərhlər