Milli Parkın ərazisində bu vaxtadək Bakıda olmayan 2 yeni atraksion quraşdırılıb. Dənizkənarı Bulvar idarəsinin baş mütəxəssisi Elşən Məmmədov ANS PRESS-ə açıqlamasında yeni gətirilən atraksionlardan birinin “Tarzan”, digərinin isə “Motodrom” adlandığını bildirib. Onun sözlərinə görə, Çindən gətirilən “Tarzan”dan istifadə 5 manatdır. Burada çəkisi 80-90 kq-a kimi olan insanlar əylənə bilərlər.
İtaliyadan gətirilən “Motodrom” isə 6-15 yaşlı, çəkisi 60 kq-dan az olan uşaqlar üçün nəzərdə tutulub. Bu atraksionda əylənmək istəyənlər 2 manatdan keçməli olacaqlar.
Dənizkənarı Milli Parka yeni atraksionlar gətirilib
Atraksionlardan biri “Tarzan”, digəri isə “Motodrom” adlanır




Şərhlər