Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan dəmiryolunda gediş haqqında heç bir artım olmayacaq. Bu barədə Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov ANS PRESS-ə açıqlamasında bildirib.
“Bayram günlərində ən çox da dekabrın 29 və 30-u Azərbaycan dəmiryolunda sərnişin sıxlığı hiss edilir. Bu səbəbdən Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyəti bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək", - deyə Nadir Əzməmmədov vurğulayıb.
Onun sözlərinə görə, bayram ərəfəsində dəmiyolu xəttinə əlavə olaraq 30-a yaxın vaqonun qoşulması nəzərdə tutulub. Əhali sıxlığının ən çox yerli istiqamətlərdə, əsasən də qərb istiqamətində olması gözlənilir. Nadir Əzməmmədovun sözlərinə görə, ən çox sərnişin sıxlığı Böyükkəsik, Qazax, Ağstafa, Gəncə istiqamətində olduğu üçün bu istiqamətə işləyən qatarlara daha çox diqqət yetirilir.
Sonda QSC rəsmisi sərnişinlərə bayram ərəfəsində gedəcəkləri istiqamətə biletləri əvvəlcədən almalarını məsləhət bilib. “Sərnişinlərin nəzərinə çatdırırıq ki, biletlər 10 gün əvvəldən alınmalıdır. Əlavə vaqonlara isə bilet satışı bayram günlərində, yəni vaqonların qoşulduğu gün həyata keçirilir”, - deyə Nadir Əzməmmədov əlavə edib.
Dəmiryolları QSC-dən sərnişinlərə xəbərdarlıq
"Bayram ərəfəsində biletlər 10 gün əvvəldən alınmalıdır"




Şərhlər