Dekabrın 31-i Bakıda hava necə olacaq?
29 Dekabr 2010 Çərşənbə 12:35
Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir
Bakıda və Abşeron yarımadasında bu gün hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, gavanın temperaturu gündüz 13-16° isti, axşam 8-10° isti olacaq.

Sabah isə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 14-16° isti olacaq.

Dekabrın 31-də havanın dəyişkən buludlu olacağı, axşama doğru havanın dəyişiləcəyi, tutqun keçəcəyi, ötən günlərə nisbətən temperaturun aşağı enəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, günün birinci yarısında 11-13°, axşama doğru 9°-dək isti olacaq.

2011-ci il yanvarın 1-də Bakıda və Abşerona yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 5-7° isti, axşama doğru 3°-dək isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 30-da hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti.

Dekabrın 31-də günün ikinci yarısında Respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişiləcəyi, yağıntılı olacağı, 2011-ci il yanvarın 01-də yağıntıların bəzi yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-13°, yanvarın 01-də 5-8° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-10°, yanvarın 01-də 3-6° isti olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar