Ölkə

İş axtaranların diqqətinə

TQDK Muxtar Respublikada vakant iş yerlərinə qəbul olmaq istəyənlər üçün imtahan keçirəcək

· Xəbərçi
İş axtaranların diqqətinə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan MR Daxili işlər və Vergi orqanlarında vakant iş yerlərinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı test imtahanı noyabrın 27-də keçiriləcək. Həmin gün Muxtar Respublikanın vergi orqanlarında işləmək istəyən namizədlər də test imtahanı verəcəklər.

Qeyd edək ki, daxili işlər orqanlarının müsabiqəsində iştirak etmək istəyən 33 nəfərin, Naxçıvan MR vergi orqanlarında elan olunmuş müsabiqəyə 14 nəfərin namizədliyi qeydə alınıb.

Hər iki imtahan Naxçıvan Dövlət Universitetinin “Hüquq” tədris binasında saat 11:00-da başlayacaq.

Şərhlər