Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilir
26 Noyabr 2010 Cümə 11:00
Azərbaycan Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.
APA-nın məlumatına görə, daxili işlər naziri Ramil Usubovun rəhbərliyi ilə keçirilən kollegiyada idarə, şöbə və bölmə rəisləri iştirak edir. Kollegiyada ölkədəki kriminogen vəziyyət, son zamanlar baş verən qətl və digər cinayət hadisələrinin açılması, cinayətkarlıqla mübarizə, itkin düşmüş şəxslərin tapılması, tanınmamış meyitlərin müəyyən edilməsi istiqamətində həyata keçirilən tədbirlər və digər məsələlər müzakirə olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar