Ölkə

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Digər cüdoçumuz Azər Ağayev isə çemponatın yeddincisi olub.

· Xəbərçi
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
Mərakeşin Aqadir şəhərində start götürülən gənclər arasında Dünya çempionatın üçüncü günündə Azərbaycanı təmsil edən 11 cüdoçudan yalnız Şahin Qəhrəmanov (-90 kq) inamlı mübarizə apararaq çempionatın bürünc medalını qazanıb.

İdmançımız əvvəlcə Almaniya və Qazaxıstan təmsilçilərini məğlubiyətə uğradaraq ¼ final mərhələsinə vəsiqə qazanıb. Lakin təmsilçimiz bu mərhələdə Koreya cüdoçusuna uduzub. Buna baxmayaraq, Şahin təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Cüdoçumuz ilk təsəlliverici görüşdə Əlixan Dzarmotovu (Rusiya), növbəti görüşdə isə Stanislav Retinskiyə (Ukrayna) qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb.

Digər cüdoçumuz Azər Ağayev (-81 kq ) çemponatın yeddincisi olub.

Digər çəki dərəcəsində mübarziə aparan idmançımız Tural Səfquliyev (81 kq) və Kənan Nağıyev (-90 kq) uduzaraq mübarzədən kənar qalıblar.

Dünya çempionatının dördüncü günündə yarışlar Bakı vaxtı ilə saat 15:00 başlayacaq. Bu gün -100 və +100 kq. çəki dərəcəsində kişilər, -78 və +78 kq. çəki dərəcəsində qalınlar mübarizəyə qoşulacaqlar. ANSPRESS

Şərhlər