Çayların suyu yenidən artıb
05 İyul 2010 Bazar Ertəsi 09:30
Transsərhəd çaylarda spesifik çirkləndiricilər normadan artıqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.
İyun ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının II ongünlüyünə nisbətən artaraq 480 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 348 m3/san olub. Suyun oksigen rejimi bütün məntəqələrdə 6,40-6,60 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: