Bütün Qafqazın şeyxi xalqa müraciət edib
11 Avqust 2010 Çərşənbə 15:45
Bütün Qafqazın şeyxi insanları xeyirxah işlərə səsləyib.
Bu gündən 11 ayın sultanı, müqəddəs Ramazan ayı başlayır. Bu münasibətlə möminləri təbrik edən Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Azərbaycan xalqına müraciət edib, insanları bu müqəddəs ayda xeyirxah işlərə səsləyib.

“Əgər bir adamın atası, anası xəstədirsə, ehtiyacı varsa, bir oğul, övlad ona kömək etmirsə onun ibadəti qəbul edilməz. Əgər valideyin övladdan razı deyilsə, həmin şəxsin ibadəti qəbul olunmaz. Bu ayda Allah bir savabı min savab yazar. İnsan bu ayda pislik etməz, bağışlayar. Yalan danışmaz, qeybət etməz, kimsənin qəlbinə toxunmaz. Qonşunun ehtiyacını ödəyər, qonşuya köməklik göstərər. Bütün bunlar orucluğun ibadətinə daxildir. Ramazan ayında ibadət tək oruc tutmaqla deyil, həm də xeyir işlər görməklə edilir. Yaxşı müsəlman, yaxşı iman sahibi həm yaxşı dövlətçi olmalıdır. Əsil müsəlman həm dövlətini, həm bayrağını sevməlidir, həm torpağını azad etməyə hazır olmalıdır, həm ailəyə, valideyinlərə yaxşı münasibət bəsləməlidir”, - deyə Allahşükür Paşazadə vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar