Buğda əkən fermerlərə xoş xəbər
10 Fevral 2011 Cümə Axşamı 22:40
Artıq subsidiyaların verilməsinə başlanılıb
Buğda və çəltik əkən fermerlərə subsidiyaların verilməsinə başlanıb. Artıq vəsaitlərin plastik kartlara köçürüldüyünü deyən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov ANS-ə bildirib ki, digər bitki əkənlər isə yanacaq və mühərrik yağlarına görə 40 manatlıq yardımı iyunda alacaq.

Qeyd edək ki, buğda və çəltik əkənlər hər hektara görə ildə 80 manat, digərlərisə 40 manat subsidiya alır.

“57 rayondan sənədlər daxil olub. Həmin sənədlərin 45-nə ötən ilin dekabr ayından yanvarın ayının 4-ə kimi Respublika komissiyasında baxılıb, müvafiq qərar qəbul edilib və maliyyələşdirilmək üçün Maliyyə Nazirliyi və "Kapital Bank"a təqdim edilib. 45 rayondan artıq çoxu vəsait almağa başlayıb və qalan 12 rayonun müəyyən sənədlərində qüsurlar olduğundan işlənməyə verilib”,- deyə İslam İbrahimov bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar