Bu qış elektrik təchizatı daha dayanıqlı olacaq
24 Dekabr 2010 Cümə 11:20
ASC bayram günlərində abonentlərin fasiləsiz elektriklə təchiz olunmasını üçün zəruri tədbirlər görəcək
“Bakıelektrikşəbəkə” ASC-nin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar. ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bayram və istirahət günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcəklər.

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılmasını təmin edəcəklər. Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.

“Bakıelektrikşəbəkə” ASC abonentlərinin nəzərinə çatdırır ki, bu qış ötən ilki illərdəkindən fərqli olaraq elektrik enerjisi təchizatı daha keyfiyyət və dayanıqlı olacaq. Abonentlərdən yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat vermək xahiş edilir.

“Bakıelektrikşəbəkə” ASC Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, firavan həyat və işıqlı gələcək arzulayır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar