Bu il taxıl istehsalı 2,5 milyon tona çatdırıla bilər
19 Yanvar 2011 Çərşənbə 23:45
İsmət Abasov fermerləri bol məhsul əldə etmək üçün torpağa normalara uyğun gübrə verməyə çağırıb.
Bu il Azərbaycanda taxıl istehsalının 2 milyon 500 min tona çatdırılacağı proqnozlaşdırılır. İstehsalın aqrotexniki qulluqdan asılı olduğunu deyən kənd təsərrüfatı naziri İsmət Abasov fermerləri bol məhsul əldə etmək üçün torpağa normalara uyğun gübrə verməyə çağırıb. İndiki hava şəraitini bol məhsul əldə etmək üçün əlverişli saymayan nazir proqnozun doğrulmasının həm də təbiətin şıltaqlığından asılı olduğunu bildirib.
İsmət Abasovun sözlərinə görə, ümumilikdə payızda 2011-ci il üçün 915 min hektar taxıl əkilib: "Hava şəraiti imkan versə, 2 milyon 500 min ton ərzaq buğdası gözlənilir. Kənd təsərrüfatının məhsuldar olması üçün yağmurlu hava şəraiti daha önməlidir". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: