Bu həftə hava sərin olacaq
14 İyul 2010 Çərşənbə 15:40
Bu gecə leysan yağacaq, dolu düşəcək.
Bakıda və Abşeron yarımadasında bu gün axşam doğru havanın buludluluğu artacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 30-34°, axşam 27-29°, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30° olacaq.
Sabah gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 30-33°, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.
İyulun 16-da gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı proqnozlaşdırılır.
Şimal-qərb küləyi arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 22-25°, gündüz 30-33° olacaq.
İyulun 17-də havanın dəyişkən buludlu və əsasən yağmursuz olacağı gözlənilir. Şimal küləyi əsəcək, gecə və səhər güclənəcək. Havanın temperaturu gecə 22-25°, gündüz 31-34° olacaq.
Azərbaycanın rayonlarında iyulun 15-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Şimal-qərb küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 34-38°, dağlarda gecə 13-18°, gündüz 24-29° isti təşkil edəcək.
İyulun 16-17-də səhər hava gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36°, dağlarda gecə 13-18°, gündüz 23-28° olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: