Bu həftə dumanlı, çiskinli hava olacaq
08 Noyabr 2010 Bazar Ertəsi 13:10
Küləklərin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlarda narahatlıq hissi yaradacaq.
Bakıda və Abşeron yarımadasında bu həftə dəyişkən buludlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün əsasən yağmursuz hava olacaq. Günün birinci yarısında zəif duman, bəzi yerlərdə az çiskinli olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 18-20°, axşam 13-15° olacaq.
Noyabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin müşahidə ediləcək. Şimal-şərq küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13° isti, gündüz 19-22° isti təşkil edəcək.
Noyabrın 10-da səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12° isti, gündüz 20-24° isti olacaq.
Noyabrın 11-də havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 17-19° isti olacaq.
Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-18° isti təşkil edəcək.
Noyabrın 10-11-də çiskinli az yağış yağacağı ehtimalı var. Şərq küləyi 10-da gündüz qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25°, 11-də 17-20° isti, dağlarda gecə 4-8° isti, gündüz 16-20°, 11-də 13-15° isti olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişli olsa da, mülayim şimal və cənub küləklərinin tez-tez bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: