Bu günün tarixi (02.03.2011)
    02 Mart 2011 Çərşənbə 07:11
    Miladi: 2 mart 2011Hicri: 28 Rəbiul-Əvvəl 1432
    
                	 
    
         Miladi: 2 mart 2011
 Hicri: 28 Rəbiul-Əvvəl 1432 
 
 İlin 61-cü günü
 İlin sonuna 304 gün qalır
 
 
 Dünyada olan hadisələr
 
 1992 — Azərbaycan BMT-yə üzv qəbul olunmuşdur.
 1995 – Yahoo! Şirkəti qurulub.
 
 Azərbaycanda olan hadisələr.
 
 1995 - Azərbaycan Respublikası Burundi ilə diplomatik əlaqələr qurmuşdur.
 2005 – "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilmişdir.
 
 Doğumlar
 
 1316 — II Robert, Şotlandiya kralı, Stüartlar sülaləsinin şotland taxt-tacında qalxmış ilk nümayəndəsi (ö. 1390).
 1459 — VI Adrian (əsl adı Utrextli Adrian Dedel-Florens), Roma Papası (ö. 1523).
 1545 — Tomas Bodli, ingilis diplomat və Oksforddakı "Bodli kitabxanası"nın (Bodleian Library) yaradıcısı (ö. 1613).
 1760 — Kamil Demulen, Böyük Fransa İnqilabı xadimi (ö. 1794).
 1770 — Lui Qabriel Süşe, Albufer hersoqu, Fransa marşalı və peri (ö. 1826).
 1793 — Sem Hyuston, amerikalı siyasətçi və dövlət xadimi, Texas respublikasının 1-ci və 3-cü prezidenti (ABŞ-ın Hyuston şəhərinə onun adı verilmişdir) (ö. 1863).
 1800 — Yevgeni Baratınski, rus şair (ö. 1844).
 1810 — XIII Lev, (əsl adı Viçenso Coakino Raffaele Luici), Peççi qrafı, 1878—1903-cü illərdə Roma Papası (ö. 1903).
 1820 — Eduard Douves Dekker, (ədəbi təxəllüsü "Multatuli"), niderland ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri (ö. 1887).
 1824 — Bedrjix Smetana, çex bəstəkar, milli çex operasının banisi (ö. 1884).
 1824 — Konstantin Uşinski, rus pedaqoq-demikrat, Rusiyada elmi pedaqogikanın banisi (ö. 1871).
 1859 — Şalom-Aleyxem (əsl adı Şalom Noxumiviç Rabinoviç), yəhudi yazıçı, idişdə yazılan ədəbiyyatın klassiki (ö. 1916).
 1862 — Boris Qolitsın, rus fizik, Rusiya EN-nın akademiki (ö. 1916)..
 1874 — Karl Şlexter, avstriyalı şahmatçı (ö. 1918).
 1876 — XII Piy (əsl adı Eucenio Mariya Cuzeppe Covanni Paçelli), 1939-1958-ci illərdə Roma Papası (ö. 1958).
 1897 — Mixail Morozov, rus ədəbiyyatşünas, teatrşünas və teatr tənqidçisi, pedaqoq, sovet şekspirşünaslığının əsasının qoyanlardan biri (ö. 1952).
 1900 — Kurt Veyl, alman bəstəkar və dirijor (ö. 1950).
 1904 — Teodor Syuz Qeyzel (ədəbi təxəllüsü "Həkim Syuz"), amerikalı uşaq yazıçısı (ö. 1991).
 1907 — Dmitri Kedrin, rus şair (ö. 1945).
 1908 — Fyodor Oxlopkov, yakut əsilli sovet snayperi, Sovet İttifaqı milli qəhrəmanı (ö. 1968).
 1908 — Valter Brux, alman elektrotexniki, alman televiziyasının qurucularından biri (ö. 1990).
 1919 — Cennifer Cons (əsl adı Filis Flora Ayli), amerikalı kinoaktrisa, "Oskar" mükafatı laureatı, "Qızıl Qlobus" mükafatı almış ilk aktrisa.
 1919 — Tamara Tumanova, gürcü əsilli balerina və aktrisa (ö. 1996).
 1925 — Yefim Qeller, sovet şahmatçısı, beynəlxalq qrossmeyster, şahmat üzrə SSRİ çempionu (ö. 1998).
 1926 — Mürrey Rotbard, amerikalı iqtisadçı (ö. 1995).
 1930 — Sergey Kovalyov, rus hüquq müdafiəçisi.
 1931 — Mixail Qorbaçov, SSRİ-nin birinci və sonuncu prezidenti.
 1931 — Tom Vulf, amerikalı jurnalist və yazıçı, Amerika jurnalistikasında "yeni jurnalizm"in əsasını qoyanlardan biri.
 1936 — İya Savvina, rus teatr və kino aktrisası, SSRİ-nin xalq artisti.
 1937 — Əbdül Əziz Bütəflika, Əlcəzair prezidenti.
 1938 — Vyaçeslav Zaytsev, rus modelçi.
 1938 — Rikardo Laqos, Çilinin 33-cü prezidenti (11 mart 2000 - 11 mart 2006).
 1939 — İrina Boqaçyova, rus opera müğənnisi.
 1941 — Con Finç, ingilis teatr və kino aktyoru.
 1942 — Con Uinslou İrvinq (əsl adı Kiçik Con Uollas Blant), amerikalı yazıçı və ssenarist.
 1942 — Lu Rid, amerikalı rok-musiqiçi, vokalçı və gitaraçı.
 1942 — Lyuk Plamondon, fransız şair, bir çox mahnı mətnlərinin müəllifi.
 1943 — Piter Straub, amerikalı yazıçı.
 1947 — Henri Ceyms Rednapp, ingilis futbolçu və futbol məşqçisi.
 1948 — Rori Qallaxer, irland blüz-rok gitaraçı (ö. 1995).
 1950 — Karen Karpenter, amerikalı estrada müğənnisi (ö. 1983).
 1955 — Ken Salazar, amerikalı siyasətçi, Kolorado ştatından ABŞ senatoru.
 1955 — Syoko Asaxara, yapon dini sektası "Aum Sinrikyö"nün yaradıcısı.
 1960 — Məzahir Rüstəmov, Azərbaycan Milli Qəhrəmanı (ö. 1992).
 1960 — Mixail Tyurin, rus təyyarəçi-kosmonavt, Rusiya Federasiyası qəhrəmanı, "Soyuz TMA-9" gəmisinin komandiri, MKS-in ("Mir" Kosmik Stansiyası) bort mühəndisi.
 1962 — Con Bon Covi, amerikalı rok müğənni.
 1962 — Xiroyuki Morioka, yapon yazıçı, fantast.
 1968 — Deniel Kreyq, ingilis aktyor, məşhur casus Ceyms Bond rolunun ifaçılarından biri.
 1970 — Çiriako Sforsa, isveçrəli futbolçu, futbol məşqçisi.
 1970 — Vibi Suryadi, holland pianoçu, bəstəkar.
 1973 — Deyan Bodiroqa, məşhur serb basketbolçu.
 1977 — Kris Martin, "Coldplay" qrupunun vokalçısı.
 1979 — Demyen Daff, irland futbolçu, İrlandiya Milli Futbol Komandasının oyunçusu.
 1979 — Sergey Davıdov, rus əsilli Belorusiya fiqurlu konki sürəni.
 1980 — Aleksey Juk, belorus həndbolçu, qapıçı.
 1980 — Edson de Jezuş Nobre, anqolez futbolçu.
 1981 — Brays Dallas Hovard, amerikali kinoaktrisa.
 1982 — Kevin Kuranyi, alman futbolçu.
 1982 — Henrik Lundkvist, isveçli peşəkar hokkeyçi, qapıçı.
 1988 — Mettyu Mitçem, avstraliyalı suya tullanan, 10 metr hündürlükdən suya tullanmaq üzrə 2008-ci il olimpiya çempionu.
 
 Ölümlər
 
 1333 — Vladislav Loketek, Polşa kralı (d. 1260/1261).
 1617 — Robert Abbot, ingilis ilahiyyatçı (d. 1560).
 1788 — Salomon Qesner, isveçrəli şair və rəssam (d. 1730).
 1817 — Cakomo Kvarenqi, italyan memar (d. 1744).
 1835 — II Frans, Müqəddəs Roma İmperiyasının imperatoru, Avstriya imperatoru, macar və çex kralı (d. 1768).
 1855 — I Nikolay, Rusiya imperatoru.
 1862 — İvan Panayev, rus yazıçı və jurnalist.
 1864 — Dmitri Bludov, rus yazıçı, diplomat, qraf, daxili işlər naziri (1832—1839), Dövlət Şurasının başçısı (1861—1863) (d. 1785).
 1887 — Avqust Vilhelm Eyxler, alman botanik, geniş tətbiq olunan bitkilər təsnifatının yaradıcısı (d. 1839).
 1961 — Əkbər ağa Şeyxülislamov, azərbaycanlı mühəndis, Azərbaycan Milli Şurasının üzvü (d. 1891)
 2005 — Elmar Hüseynov, azərbaycanlı jurnalist, "Monitor" jurnalının baş redaktoru (d. 1967).
 2009 — Juan Bernardu Vieyra, Qvineya-Bisaunun baş naziri (28 sentyabr 1978 - 14 noyabr 1980), prezidenti (14 noyabr 1980 - 14 may 1984; 16 may 1984-7 may 1999; 1 oktyabr 2005-2 mart 2009) (d. 1939)
DOSTLARINLA PAYLAŞ: