Ölkə

Bu gün od çərşənbəsidir

Bu çərşənbə qədim insanların Günəş ə, oda olan müqəddəs inamından irəli gəlir.

· Xəbərçi
Bu gün od çərşənbəsidir
İlaxır çərşənbələrdən ikincisi - Od çərşənbəsidir. Ulu əcdadlarımızın əski bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, hava və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
ANSPRESS

Şərhlər