Bu gün Milli Məclisin iclası keçiriləcək
04 Mart 2011 Cümə 03:16
Ombudsman Elmira Süleymanova deputatlar qarşısında hesabat verəcək
Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətiinin məlumatına görə, iclasın gündəliyinə İnsan Hüquqları üzrə Müvəkkilin illik məruzəsi, hökumətlərarası sazişlərin və birgə bəyənnamələrin təsdiq edilməsi salınıb.
Eyni zamanda, gündəlikdə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Yol hərəkəti haqqında”, “Gömrük tarifi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Dərman vasitələri haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsi əksini tapıb.
“Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna əlavələr edilməsi də Milli Məclisin növbəti iclasının gündəliyinə salınıb.
DOSTLARINLA PAYLAŞ: