Bu gün Milli Məclis 2010-cu ildə sonuncu dəfə toplaşacaq
30 Dekabr 2010 Cümə Axşamı 01:45
Payız sessiyasının və ilin son iclasında altı məsələyə baxılacağı gözlənilir
Bu gün Milli Məclisin payız sessiyasının sonuncu iclası keçiriləcək. Bu, həm də parlamentin 2010-cu ildə sonuncu iclası olacaq. İclasda altı məsələyə baxılacağı, o cümlədən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciətin qəbul ediləcəyi gözlənilir.

Bundan başqa, iclasda bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər də ediləcək. Belə ki, iclasda “Dövlət rüsumu haqqında” qanuna əlavə və dəyişikliklər, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə, “Fərdi məlumatlar haqqında” qanunun tətbiqi ilə əlaqədar bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər və “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” qanuna əlavələr səsverməyə çıxarılacaq.

Bu günkü iclasdan sonra parlament tətilə çıxacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar