Bu gün Məmməd Əmin Rəsulzadənin doğum günüdür
31 Yanvar 2011 Bazar Ertəsi 06:05
Məmməd Əmin Rəsulzadə 127 il əvvəl Bakının Novxanı kəndində anadan olub.
Bu gün şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin banisi olmuş Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Görkəmli dövlət xadimi olan Məmməd Əmin Rəsulzadə 127 il əvvəl 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Qeyd edək ki, siyasətlə hələ gənc yaşlarından maraqlanan Məmməd Əmin Rəsulzadə ilk siyasi təşkilatı - “Müsəlman gənclik təşkilatını” 1902-ci ildə 18 yaşında qurub. 1917-ci ildə isə “Müsavat” partiyasının Bakıda keçirilən birinci qurultayında sədr seçilib. O Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biridir. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində sovet qoşunlarının müdaxiləsi ilə süqut edir. Elə həmin il Rəsulzadə qırmızı ordunun əsgərləri tərəfindən Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edib.
anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar