Bu gün havayağmursuz keçəcək
18 Noyabr 2010 Cümə Axşamı 03:10
Bakıda gündüz havanın temperaturu 18-20 dərəcə təşkil edəcək
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, havanın temperaturu gecə 11-13, gündüz 18-20 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Havanın temperaturu gecə 7-9, gündüz 17-19, dağlarda gecə 5-7, gündüz 13-15 dərəcə olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar