Bu gün hava yağmursuz olacaq
19 Oktyabr 2010 Çərşənbə Axşamı 03:40
Axşam buludluluğun artacağı, gecəyə doğru Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-16, gündüz 20-23 dərəcə təşkil edəcək.

Rayonlarda gecə və axşam bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar