Ölkə

Bu gün hava yağmursuz keçəcək

Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

· Xəbərçi
Bu gün hava yağmursuz keçəcək
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, cənub-qərb küləyi 9-14 m/s, gündüz arabir 18-20 m/s, yarımadanın bəzi yerlərində 23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, əsasən dağlıq ərazilərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.
 
ANSPRESS

Şərhlər