Ölkə

Bu gün hava necə olacaq?

Günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir

· Xəbərçi
Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 8-10, gündüz 13-15 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə şimal-qərb rayonlarında az yağıntılı olacağı, qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-6, gündüz 13-17, dağlarda gecə 0-4, gündüz 9-14 dərəcə olacaq.

Şərhlər