Bu gün hava necə olacaq?
15 Dekabr 2010 Çərşənbə 06:35
Şimal-qərb küləyinin əsəcəyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 15-də hava şəraiti dəyişkən buludlu əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu gecə 7-9, gündüz 13-15 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında dekabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı ehtimal olunur. Qərb küləyinin əsəcəyi, dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 5-10, gündüz 16-19, dağlarda gecə 0-4, gündüz 12-17 dərəcə isti təşkil edəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar