Bu gün hava necə olacaq?
10 Dekabr 2010 Cümə 04:45
Bakıda cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 10-da havanın temperaturu gecə 9-11, gündüz müsbət 13-16 dərəcə olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal olunur. Qərb küləyinin əsəcəyi, əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-9, gündüz 14-17, dağlarda gecə 0-5, gündüz 13-17 dərəcə təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar