Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 4-6 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.
Bu gün hava necə olacaq?
Paytaxtda şimal-qərb küləyi əsəcək, arabir güclənəcək




Şərhlər