Ölkə

Bu gün hava necə olacaq?

Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir

· Xəbərçi
Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə saatlarından başlayan yağıntılı hava şəraiti səhər də fasilələrlə davam edəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti təşkil edəcək.

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında isə havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərhlər